Ölkə futbolu
Peter Ankersen: "Qarabağ" yaxşı komandadı"
Danimarka çempionu "Kopenhagen"in futbolçusu P…
Danimarka çempionu "Kopenhagen"in futbolçusu Peter Ankersen UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a rəqib olmalarına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi üç il öncə Avstriya "Zalsburq"unun heyətində çıxış etdiyi vaxt da "Qarabağ"la üz-üzə gəldiklərini xatırladıb:
"Qarabağ" yaxşı komandadı. Əks halda bu mərhələyədək gəlib çıxa bilməzdilər. Amma istənilən halda hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq. Vaxtilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iki oyunun nəticəsində bu komandaya qalib gəlmişdik. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, evdə 2:0 hesablı qələbə sayəsində pley-offa adlamışdıq. Lakin indi "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var".
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasındakı ilk oyun avqustun 15-də Bakıda, cavab matçı isə 23-də Kopenhagendə keçiriləcək.