Ölkə futbolu
"Neftçi"nin 7 futbolçusu milli komandada
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandas?…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.
Futbolinfo.az xəbər verir ki, avqustun 8-dən 12-dək Bakıda, bu ayın 13-dən 17-dək isə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda baş tutacaq hazırlıq prosesinə "Neftçi”nin 7 futbolçusu dəvət olunub. Bunlar İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Murad Bağırov, İlkin Əbiyev, Nicat Məmmədov və Mehdi Tahirovdu.