Ölkə futbolu
Dosta qurban verilən tarix – AFFA-nın muzeyi anbara köçürüldü
AFFA-da Futbol Tarixi və Statistika muzeyi 10 yaşı tamam olmadan ta…
AFFA-da Futbol Tarixi və Statistika muzeyi 10 yaşı tamam olmadan tarixin yaddaşına qovuşub. İcraiyyə Komitəsinin 29 yanvar 2008-ci il tarixli qərarına əsasən, yaradılan muzey artıq mövcud deyil.
Futbolinfo.az xəbər verir ki, Abbas Əzimovun direktoru olduğu muzey veteran statistikin qurumla vidalaşması ilə ləğv edilib. Əzimov ağır xəstəlik üzündən işdən ayrıldıqdan sonra rəhbərlik etdiyi muzey də lazımsız bilinib. AFFA-nın inzibati binasının 1-ci mərtəbəsində yerləşən guşənin nadir eksponatları anbara daşınıb, həmin yer isə Uşaq futbolu departamentinə verilib.
Əslində, ölkə futbolunun tarixini özündə əks etdirən muzeyin yaradılması ideyasına rəhbərlik əvvəlcədən soyuq münasibət göstərirdi. Bir növ ictimai qınağa görə bu addıma məcbur olan rəhbərlik Əzimovun səhhətinin pisləşməsi ilə ələ düşən fürsəti dəyərləndirib.
Futbol akademiyasından ofisi AFFA-nın iqamətgahına köçürülən Uşaq futbolu departamentinə baş katib Elxan Məmmədovun dostu olan Yusif Vəliyev rəhbərlik edir. Vaxtilə elə bu qurumda sıravi işçi olan, sonradan gözlənilmədən ölkə futbolunun ən problemli və vacib postuna təyin edilən Yusif bəyin qiyməti deyəsən, Azərbaycan futbolunun tarixindən daha önəmlidi. Elə olmasaydı, Məmmədov dostunu daha yaxşı şəraitlə təmin etmək üçün muzeyi bağlatdırmaq qərarı verməzdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?