Dünya futbolu
İngiltərə Superkuboku "Arsenal"a qismət oldu – VİDEO
Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənlə…
Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Çelsi" ilə İngiltərə Kubokunun qalibi "Arsenal" üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb – 1:1.
Hesabı 46-cı dəqiqədə Viktor Moses açıb. Lakin 80-ci dəqiqədə Pedro Rodriqesin qırmızı vərəqə alması cəmi 2 dəqiqə sonra "Arsenal"ın cavab topunu vurması ilə nəticələib. Sead Kolaşinaç fərqlənib. Əsas vaxt heç-heçə bitdiyindən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan "Arsenal" 4:1 hesabıyla üstün olub və İngiltərə Superkubokuna sahib çıxıb.
Bu, "Arsenal"ın tarixində 15-ci belə uğurdu. "Topçular" bu göstəricidə "Liverpul"a çatıblar. Rekord isə 21 dəfə oxşar uğura imza atan "Mançester Yunayted"ə məxsusdu. "Çelsi"yə gəlincə, bu klub 4 dəfə İngiltərə Superkubokunu qazana bilib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?