Dünya futbolu
5-ci dəfə dünya çempionatında
Portuqaliya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Kriştianu Ronaldo yığmada oynayanadək cəmi 3 dəfə mundiala vəsiqə əldə edən komanda indi ardıcıl 5 dəfə bunu bacarıb.
Qarşıdakı yarış komandanın kapitanı Ronaldo üçün 5-ci mundial olacaq. O, 2006-cı ildən bəri dünya çempionatının bütün final mərhələlərində oynayıb. Qətərdəki mundial Lionel Messi (Argentina) və Andres Quadrado (Meksika) üçün də 5-ci dünya çempionatı olacaq.
Beləliklə, bu futbolçular Lotar Matteus (Almaniya), Rafael Markes və Antonio Karbahalın (hər ikisi Meksika) rekordunu təkrarlamış olacaqlar.