Premyer-liqa
Mövsümün ilk dublu və ilk "sarı"sı
Futbol üzrə Azərbaycan çempionatında yeni mövs&uum…
Futbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verildi.
Futbolinfo.az xəbər verir ki, 2017/18 mövsümünün açılış matçında son çempion "Qarabağ" səfərdə əzəli rəqibi "Neftçi" ilə qarşılaşır. Yeni mövsümün ilk dublu da məhz 8-ci km qəsəbə stadionunda baş tutan Azərbaycan derbisində qeydə alınıb.
Belə ki, matçın 14-cü dəqiqəsində hesabı açan "Qarabağ"ın futbolçusu Mahir Mədətov 40-cı dəqiqədə ikinci dəfə rəqib qapısına yol tapıb. Bununla da o, yeni mövsümün ilk dublunu da rəsmiləşdirib.
Qarşılaşmanın 43-cü dəqiqəsində isə "Neftçi"nin futbolçusu Uqo Barqas sarı vərəqə almaqla tarixə düşüb. O, bu mövsümün ilk "sarı" alan oyunçusuna çevrilib.