Dünya futbolu
TFF “Beşiktaş”la “Konyaspor”u cəzalandırdı
Türkiyə Futbol Federasiyası (TFF) “Beşiktaş” və …
Türkiyə Futbol Federasiyası (TFF) “Beşiktaş” və “Konyaspor” arasında baş tutmuş ölkə superkuboku uğrunda oyunda baş vermiş hadisələrə qiymət verib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, federasiya oyun zamanı azarkeşlərin hərəkətlərinə görə hər iki klubu cəzalandırıb.
“Beşiktaş” 1 qarşılaşmanı azarkeşsiz keçirməklə yanaşı, 100 min türk lirəsi məbləğində pul cəzası da alıb. Klubun prezidenti Fikrət Orman da cəzadan xilas ola bilməyib. Oyundan sonra sərt açıqlamalar verən klub prezidenti, 45 gün kənarlaşdırmayla yanaşı, 30 min türk lirəsi cəza da alıb.
“Konyaspor” isə daha ağır cəzaya məruz qalıb. Konya təmsilçisi 5 matç azarkeşsiz oynama, həmçinin, 250 min türk lirəsi məbləğində pul cəzasına layiq görülüb.
Xatırladaq ki, “Konyaspor”un 2:1 hesablı qələbəsiylə nəticələnən oyun zamanı və sonra azarkeşlər meydana daxil olmuş, bundan əlavə, matç zamanı meydançaya bıçaq atılmışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?