Dünya futbolu
Millimizin forvardı açılış matçında 90 dəqiqə oynadı – VİDEO
Türkiyə Super Liqasında 2017/18 mövsümünə start…
Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” səfərdə "Başakşəhər"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətdə meydana çıxan Dəniz sonadək mübarizə aparıb. Ozanın adı isə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Türkiyə Super Liqası
1-ci tur
11 avqust
"Başakşəhər" – "Bursaspor" 1:0
Qol: Elia, 21.
12 avqust
21:00 "Akhisar" – "Sivasspor"
21:00 "Gənclərbirliyi" – "Karabükspor"
22:45 "Alanyaspor" – "Kasımpaşa"
22:45 "Göztəpə" – "Fənərbaxça"
13 avqust
21:00 "Trabzonspor" – "Konyaspor"
21:00 "Yeni Malatyaspor" – "Osmanlıspor"
22:45 "Beşiktaş" – "Antalyaspor"
14 avqust
22:45 "Qalatasaray" – "Kayserispor"