Ölkə futbolu
Abdullayev üzr də istəyə bilirmiş
“Məğlub olmaq istəməzdik. Amma bu gün belə alındı. ?…
“Məğlub olmaq istəməzdik. Amma bu gün belə alındı. İlk hissədə yox, ikinci hissədə yaxşı oynadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm” – bu mətni kopyalayıb kompüterinizin yaddaşına yazın. Yazın ki, “Neftçi”nin hər oyunundan sonra yenidən mətn yığmayasız. Çünki bu ssenari, bu bəhanə çələngi artıq Elxan Abdullayevin visit kartıdı. Bu bacarıqla eyni cür də davam edəcək.
“Qarabağ”la oyundan sonra özünü məğrur tutmağa çalışan, amma daxilən bükülmüş Elxan Abdullayev var idi. Himayədarları ilə birlikdə dağıtdığı “Neftçi”nin məğlubiyyətindən pəjmürdə pısa da, özü üçün bəhanə axtarır, söz oynadırdı. Mətbuat konfransının tez qurtarmasına isə elə sevindi ki, sanki ilan ağzından qurtuldu.
Prinsipcə, hər növbəti sualda udqunur, cavabları bir-birini döyürdü. Konfrans 5-10 dəqiqə də davam etsə, bu dəfə azarkeşləri yox, jurnalistləri “xuliqan dəstəsi” adlandıracaqdı.
Onun Elnur Cəfərovu, Derlis Meza Kollini müdafiə etməsi başadüşüləndi. Lakin o da var ki, oyunun taleyini müsbət məcrada həll etməli olan bu oyunçular belə bərbad oyundan sonra təriflənirsə, müdafiə edilirsə, deməli, hansısa qələbə zamanı Messiyə, Neymara tay tutulacaqlar. Halbuki ikinci qolda Dino Ndlovu onların ikisini birlikdə cibinə qoydu.
“Həmişə istəyirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynasın. Əksinə, ehtiyat oyunçular şans qazananda daha da həvəsli olurlar. Etiraf edək ki, “Qarabağ” bizdən güclüdür. Uzun müddətdir bir yerdə oynayırlar” – Elxan bəy bu sözləri 1 ildi deyir, bu gedişlə hələ uzun müddət də deyəcək.
Amma Səlahət Ağayev elə kobud səhvə yol verdi ki, onu müdafiə etmək Abdullayevin ağlına da gəlmədi. Əksinə, jurnalistlərlə razılaşıb, faktiki yenilgini onun boynuna qoydu. Axı, Elxan bəyin taktikası qapını toxunulmaz saxlayıb, əks-hücumlara bel bağlamaq, ikinci hissədə isəöndə prezzinq tətbiq etməklə xal qazanmaq idi. Amma bu qol onun planlarını pozdu. Deməli, hər şeyin başlanmasında Ağayev günahkardı. Elxan bəy də o səhvi qabartmaqla məsuliyyət yükünü bölüşdü.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”