Ölkə futbolu
PFL-in yeniliyinə Qurban Qurbanovdan dəstək
Topaz Premyer Liqasının açılış matçı “Qaraba…
Topaz Premyer Liqasının açılış matçı “Qarabağ”ın oyunçusu Zaur Fərzəliyev üçün əlamətdar oldu. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov 3:0 hesabıyla öndə olduqları görüşdə bu gəncə debüt etmək şansı yaratdı.
Amma istedadlı futbolçunun bu şansı qazanması həm də Peşəkar Futbol Liqasının yeniliyinin bəhrəsi idi. Bu mövsümdən iştirak ərizəsinin genişləndirilməsi, ehtiyatda əvvəlki kimi 7 deyil, 12 futbolçunun əyləşməsinə icazə verilməsi məşqçilərin də qol-qanadını açıb.
Təbii ki, bu yenilik olmasaydı, Qurbanov rəqibi nəzərə alaraq, ən çox ehtiyac duyduğu futbolçuların adını protokola salacaq və hesabdan asılı olmayaraq, Zaur kimi gəncləri sınamaq imkanı qazanmayacaqdı. İndi isə belə fürsət var. Ümid edirik, digər məşqçilər də yeniliyə biganə qalmayacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”