Ölkə futbolu
"Kopenhagen"li futbolçu: "Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm"
Danimarkanın "Kopenhagen" klubunun müdafiəçisi…
Danimarkanın "Kopenhagen" klubunun müdafiəçisi Peter Ankersen UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu (0:1) şərh edib, eləcə də cavab matçı öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq. Yeni mövsümdə daha güclü olmaq niyyətindəyik. Oyundan-oyuna “artırırıq”. Amma bu, kifayət deyil. Son matçlar göstərir ki, bundan da yaxşı vəziyyətdə olmalıyıq. Hazırda bizi şənbə günü keçirəcəyimiz çempionat oyunu düşündürür. Daha sonra diqqətimizi növbəti görüşə yönəldəcəyik. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”.
Qeyd edək ki, “Qarabağ”ın “Kopenhagen”lə cavab matçı avqustun 23-də Danimarkada keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçında Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…