Bizi izləyin

Ölkə futbolu

“Neftçi”də seçim zamanı: Kamil Məmmədov yenə meydandadı

“Neftçi”yə məşqçi seçmək oyuncaq …

blank
“Neftçi”yə məşqçi seçmək oyuncaq dükanından gəlincik almağa bənzəməz. Son illərdə təyinatların məhz belə reallaşması üzündəndir ki, paytaxt klubu heç cür özünə gələ bilmir. Amma bu dəfə belə olmayacaq. Başı daşdan-daşa dəyən başbilənlər məsələyə daha ciddi yanaşır.
 
Elxan Abdullayev 1 il ərzində büdcəni lazımsız yerə dağıtdı, özündən sonra xeyli problem qoyub getdi. Və heç kəs ondan hesabat istəmədi, sadəcə, ərizəsini qəbul etdilər. Bu, onu göstərdi ki, komandanın indiki hala düşməsində tək günahkar o deyildi. Təəssüf ki, “Neftçi”ni dağıdanlar hələ də iş başındadı və yeni məşqçi axtarırlar.
 
“Neftçi”yə baş məşqçi təyinatı sıradan olay deyil. Komandadakı belə miqyaslı dəyişiklik həm də ölkə futbolundakı dəbin müəyyənləşməsində birbaşa rol oynayır. “Neftçi”yə kimin baş məşqçi gəlməsi həm də futbol təsərrüfatında strateji dəyişikliklrə səbəb olur.
 
AFFA-nın baş katibi Elxan Məmmədov “Neftçi”ni itirmək üzrədi. Amma o, buna asanlıqla razı olmayacaq, sonadək döyüşəcək, məqsədinə çatmaq üçün ən iyrənc üsullara da əl atacaq. Elxan Abdullayevin komandaya gətirilməsi zamanı da bunu görmüşdük. Hamı bu adamın belə bir klubda köməkçi işləməyə də layiq olmadığını bilirdi, amma o, vacib postu öz adamına tapşıraraq riskə getdi, ictimai fikrə məhəl qoymadı.
 
İndi Məmmədov klubdakı kadrına – prezident Orxan Hüseynzadəyə yeni şərtlər diqtə edir. Baş məşqçi postuna yenə öz adamlarını gətirmək istəyirlər ki, mübarizədə stratji mövqeni itirməsinlər. Çünki bu postun itirilməsi sabah ölkə futbolunda da bir sıra mövqelərin əldən getməsi, nüfuza ciddi zərbə dəyməsi, monopoliya siyasətinin çat verməsi demək olacaq.
 
“Neftçi”yə təyin olunacaq yeni baş məşqçi bilinən kimi klubun eal sahibləri də aydınlaşacaq. Və hələlik Məmmədov və havadarları təsisçini, SOCAR-dakı digər düşərgələri yaxına buraxmamaq üçün təcili təyinat reallaşdırmaq istəyir. Dünən Hüseynzadənin menecer Kamil Məmmədovu təcili kluba çağırıb, onunla bağlı qapılar arxasında məşvərət keçirməsinin də səbəbi bu idi.
 
Kamil Məmmədov sıradan biri deyil. Berti Foqtsu Azərbaycan futboluna calaq edən bu adam daim ortada yeyib, qıraqda gəzən olub. Və bu gün “Neftçi”nin belə bərbad vəziyyətə düşməsində də baş roldadı. Bütün legionerləri komandaya o gətirib, özü qazanıb, komandanı isə lazımsızlar yığınına çevirib. Himayədarlarının payını çatdırdığından heç kim ondan hesabat istəmir, əksinə, ən kritik vaxtda da yenə onunla məsləhətləşirlər.
 
Əslində, Abdullayevin gedişi Kamil bəyə sərf edir. Yeni məşqçi yeni transfer imkanları, deməli, həm də bu menecer üçün yeni qazanc fürsətidi. Ancaq bir şərtlə ki, yeni məşqini də o gətirsin. Və futbol idarəçiliyindən başı çıxmayan Hüseynzadə yenə ona bu imkanı yaradır. Məcburiyyətdən, tapşırıqla…
 
Bir çox məşqçilərin adı “Neftçi”ylə yanaşı çəkilir. Amma əmin olun ki, Tərlan Əhmədov, Kamal Quliyev, Yunis Hüseynov və ya bir başqası indiki rəhbərliyin arzuladığı adamlar deyil. Onlardan hansısa təyinat alsa, bu, indiki dəstənin “Neftçi”dən göndərilməsi üçün çalınacaq “Vağzalı” olacaq. Bu şəxslərin komandanı indiki vəziyyətdən çıxarmaq üçün səviyyəli, bacarıqlı kadrı yoxdu. Bu səbəbdən ortalığa əcnəbi məşqçi versiyası atılıb. Hətta Kaxaber Sxadadzenin adı daha çox hallanır.
blank
 
Sxadadze variantı təsadüfi seçilməyib. Bu, yenə Kamil Məmmədov xəttidi. Gürcünün gəlişi indiki rəhbərliyin ömrünün uzanması demək olacaq. Sxadadze Abdullayevdən daha yaxşıdı və “Neftçi”ni ən azı indikindən yaxşı oynadacaq. Belədə 1-2 pillə irəliləmək, autsayder adından qurtulmaq mümkünləşəcək.
 
Kaxa bu gün “Neftçi”ni dirçəldə biləcək biridi, lakin əsla böyük işlər görəcək səviyyədə məşqçi deyil. İndi ölkə klublarının durumu elədi ki, azacıq ağlı, bacarığı olan komandanı ilk “dördlüy”ə sala bilər və Sxadadzedə də bu potensial var. İşin xoşagəlməz tərəfi odur ki, Kaxanın gəlişi ciddi maliyyə itkilərinə səbəb olacaq. Azərbaycanda “İnter”lə çempion olmuş Kaxa bunun üçün milyonlar xərclətdi. Həm özünün, həm də gətirəcəyi oyunçuların maddi tələbləri “Neftçi”nin büdcəsini aşacaq səviyyədədi. O, “İnter”də eyni vaxtda 15-16 legioneri düşərgədə saxlayırdı, sponsorların maddi itkilərini qətiyyən düşünmürdü. Elə bu səbəbdəndi ki, “İnter” hələ də özünə gələ bilmir.
 
Hətta bu imkanların qarşılığında Kaxa çempionluğu təsadüfən qazandı. Az büdcəylə meydan sulayan “Olimpik”in son turda uduzması o vaxt gürcüyə sürpriz qızıl medallar gətirdi. Avrokuboklarda təsnifatda ən yaxşı halda 1 mərhələ adlayan komandanın çalışdırıcısı heç vaxt möhkəm ortabab imicindən yuxarı çıxa bilmədi. 25-30 milyonluq büdcəsi olan komanda üçün bu nəticələr heç nə idi. Həmvətənlərini heyətə dolduran Sxadadze onların hamısından qazanır, klub rəhbərliyini isə xərcləməyə məcbur edirdi.
 
Qalmaqalçı imici olan, daim həmkarları və jurnalistlər ilə davalarına görə yadda qalan Kaxa Gürcüstan millisində qısa müddət işlədi, klubda öyrəşdiyi “bolluğ”u görməyincə istefa verdi. Qazaxıstanda “Kayrat”ı çalışdırarkən də böyük maliyyənin qarşılığında uğursuz oldu və qovuldu. İndi Kamil Məmmədov az qala şərik kimi əməkdaşlıq etdiyi bu gürcünü “Neftçi”yə gətirmək istəyir. Bunun üçün isə ilkin onformasiyalar ictimaiyyətə ötürülüb və reaksiyaları gözləyirlər.
 
“Neftçi” son 3-4 ildə təcrübə dovşanı kimi istifadə edildi, daha eksperiment vaxtı deyil. Ümid edirik, bunu təsisçilər, klubun sponsorları da anlayıb. Bu dəfə ən doğru seçim edilməlidi. “Neftçi”yə məşqçi seçmək oyuncaq dükanından gəlincik almağa bənzəməz.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm