Ölkə futbolu
Qurban Qurbanovla 70-ci sınaq
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhb?…
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında yubiley matçına çıxacaq.
Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə Danimarkadakı səfər oyunu 45 yaşlı mütəxəssisin Ağdam təmsilçisi ilə 70-ci avrokubok sınağı olacaq.
Bunadək Qurbanov “Qarabağ”ı 69 avrokubok görüşünə çıxarıb. Ağdamlılar bu oyunlarda 31 dəfə qələbə qazanıb.
Mütəxəssis 20 dəfə yetirmələrinin heç-heçəsinə şahid olubsa, 18 dəfə məğlubiyyət acısı yaşayıb.
Qurbanovun yetirmələri 80 qol vurub, öz qapısından 61 top buraxıb.
Qeyd edək ki, sabah keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı saat 22:45-də başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?