Ölkə futbolu
"Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Danimarkanın "Kopenhagen" klubu sabah keçiriləcək cavab oyunu üçün yekun iştirak ərizəsini açıqlayıb.
Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadla xəbər verir ki, baş məşqçi Stole Solbakken təmsilçimizlə görüşdə aşağıdakı 18 futbolçunun xidmətindən yararlanacaq:
Qapıçılar: 1. Stefan Andersen, 25. Robin Olsen;
Müdafiəçilər: 3. Pyer Benqtsson, 15. Mikael Antonsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Maykl Lüftner;
Yarımmüdafiəçilər: 6. Villyam Kvist, 7. Benyamin Verbiç, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 16. Yan Qrequş, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankvaa;
Hücumçular: 9. Federiko Santander, 11. Andriya Pavloviç, 28. Pieros Sotiriu
"Kopenhagen" – "Qarabağ" matçı sabah "Parken" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 22:45-də start götürəcək. Bu klublar arasında bir həftə öncə Azərbaycan paytaxtında baş tutmuş görüşdə təmsilçimiz 1:0 hesabıyla qalib gəlib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq