Bizi izləyin

Ölkə futbolu

Elşad Əhmədov sələfini ifşa etdi: “Komandada fiziki hazırlıq qaydasında deyil”

“Neftçi” də xal qazanarmış. Düzdü, bu …

blank
“Neftçi” də xal qazanarmış. Düzdü, bu xal komandanı 7-ci pillədən qurtarmadı, üstəlik, ev matçındakı növbəti büdrəmə vəziyyətin kritik olduğunu isbatladı.
 
Topaz Premyer Liqasında 3-cü turun 2-ci oyununda azarkeşlər qol görmədi. Bu oyunadək xalsız qalan 2 kollektivin duelində tərəflər sülhə razılaşıb, nəfəs aldılar. Lakin bu xal daha çox “Kəpəz”ə yaradı. Gəncəlilər daha zəif heyətlə, daha gənc komanda ilə səfərdə uduzmamasına görə sevinməlidi.
 
“Neftçi”yə bir oyunluq baş məşqçi təyin olunan Elşad Əhmədov sübut etdi ki, komanda ilk 2 turdakından daha yaxşı çıxış edə bilərmiş. Elxan Abdullayevin istifadə etdiyi 5 müdafiəçili sistemi 4-3-3-ə dəyişən Əhmədov komandanın daha parlaq çıxış etməsinə şərait yaratdı. Bakılılar alışdığımız hücum futbolu ilə ilk dəqiqələrdən qonaqlara başağrı oldu.
 
Heyətə qayıdan Rəhman Hacıyevin ilk dəqiqələrdə dirəyi nişan alması “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün siqnal oldu. Bundan sonra gəncəlilər rəqib futbolçuları fərdi şəkildə izləməklə onların kombinasiyalı futbolunu qismən əngəllədi.
 
İnsafən “Neftçi” daha yaxşı oynadı. Əhmədov Abdullayevin tətbiq etdiyi qorxaq futboldan imtina edib, daha yaxşı komandanı nümayiş etdirdi. Lakin bu da nəticə vermədi. Bütün hazırlığı 5 müdafiəçili sistemlə keçmiş “Neftçi” həlledici anlarda bunun acısını çəkdi. Heyətə götürülmüş futbolçuların səviyyəsi qənaətbəxş olmadığından planları reallaşdırmaq mümkün olmadı.
 
“Neftçi” bəlkə də təkcə dünənki matçda qapıya Abdullayevin bütöv dönəmindəkindən çox zərbə vurdu. Lakin toru silkələmək üçün bu da yetərli olmadı. “Kəpəz” ağıllı müdafiə olunub, rəqibi cərimə meydançasına buraxmadı, bakılıları uzaqdan zərbə vurmağa məcbur etdi. Yalnız bir epizodda Ruslan Abışov qapıçı meydançasında nəzarətsiz qaldı, kapitan isə mümkünsüzü bacardı – bir metrdən başla qapını nişan ala bilmədi.
 
Son dəqiqələrdə “Neftçi” rəqibini qapısına sıxsa da, həlledici qolu vurmağı bacarmadı. Futbolçuların tam hazır olmadığı aşkar hiss olunurdu. Elə Elşad Əhmədov da bu məqamı qabartdı: “Qalib gəlmək istəyirdik. Komandadan heç nə tələb edə bilməzdim. Çünki cəmi iki gündü onları məşqə çıxarıram. Bir az bəxtimiz də gətirmədi. Əsas komandanın işinə o qədər də qarışmamışam. Mənim fikrimcə, komandada fiziki hazırlıq tam qaydasında deyil. 3 gün komandaya taktiki məşqlər keçmişik. Komandada yorğunluq var”.
 
Bu, faktiki Elxan Abdullayevin ifşası deməkdi. Deməli, sabiq baş məşqçi hazırlığı düzgün qurmayıb, 2 ay müddətindəki yüksək səviyyəli toplanışlar hədər gedib. Yeni gələcək məşqçi də bu məqamı qabardıb, mövsümün boşa veriləcəyini elan etməsə, yaxşıdı.
 
Amma həmin adam Şahin Diniyev olmayacaq. Adı “Neftçi” ilə yanaşı hallanan “Kəpəz”in çalışdırıcısı komandadan ayrılmayacağını, yığdığı yeni heyəti formalaşdıracağını bəyan etdi.
 
Elxan Abdullayevin nə qədər bərbad işlər gördüyünü Elşad Əhmədov həm də əməli ilə göstərdi. Çətin vəziyyətdə olan komanda 3 əcnəbini ehtiyatda saxlayırsa, deməli, onların səviyyəsi qənaətbəxş deyil. İqnasio Errera fasilədən sonra oyuna çıxdı və zədələnib əvəzlənənədək xüsusi heç nə ilə yadda qalmadı. Eyni sözləri Uqo Barqas haqda da demək olar. Bu hücumçu da meydana çıxdıqdan sonra statist rolunu oynadı.
 
Mateo Mujekə gəlincə, məşqçilər ona güvənməyi lazım bilmədilər. Bu futbolçunun səviyyəsi görünür, o qədər acınacaqlıdı ki, hətta debütant olan Anton Krivotsyuka da şans verildi, ona yox. Matçöncəsi hərarəti qalxan Məqsəd İsayevin yoxluğunda sol cinah müdafiəçisi kimi oynamalı olan legioner buna layiq bilinmirsə, deməli, klubun transfer siyasəti düzgün aparılmayıb.
 
Düzünə qalsa, meydanda olan əcnəbilər də yalnız menecerlərə pul qazandırmaq üçün seçilib. “Neftçi”nin Dreksa və Petrovdan ibarət mərkəz müdafiə cütlüyü çox ağırdı, eyni zamanda hücum başlamaq keyfiyyətləri yoxdu. Elə bu səbəbdəndi ki, komanda sürətlə hücuma çıxa bilmir.
 
İstənilən halda, “Neftçi” əvvəlki oyunlarla müqayisədə daha hərəkətli idi. Ola bilsin, rəqib hələ heyəti tam oturmayan “Kəpəz” olduğundan belə görünürdü, amma Bakı klubu Elxan Abdullayev dönəmi ilə müqayisədə daha gözoxşayan oynayırdı. Rəhman Hacıyevin ehtiyatda “çürüdülməsi” sabiq baş məşqçinin ən böyük səhvi imiş.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm