Dünya futbolu
“Qəbələ”nin Avropa Liqasındakı rekordu təkrarlandı
Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb…
Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, yeni mövsümün püşkündən sonra UEFA yarışın tarixi ərzində qeydə alınan ən yüksək göstəricilərin siyahısını dərc edib.
Azərbaycan klublarından “Qəbələ” də siyahıda yer alıb. Əyalət klubunun 2015/16 və 2016/17 mövsümlərindəki nailiyyəti hələ də keçilməzdi.
Söhbət Roman Qriqorçukun yetirmələrinin ardıcıl 2 mövsümdə 4 mərhələ keçməsindən gedir. “Qırmızı-qaralar” I təsnifat mərhələsindən qrupa qədər irəliləyən komandalarla bağlı statistikada mövqeyini qoruyub.
Düzdü, “Qəbələ” cari mövsümədək ardıcıl 2 dəfə bunu bacaran yeganə komanda idisə, artıq Avropa rekordçusunun şəriki də var. Belə ki, Təl-Əviv “Makkabi”si cari mövsümdə 4 mərhələ keçib. Ötən il də eyni uğuru olan İsrail klubu “Qəbələ”yə məxsus rekordu təkrarlayıb.
Bu iki klub həm də ümumi uğur sayında ön sıralardadı. Çünki ümumilikdə 3 komanda 2 dəfə I təsnifat mərhələsindən qrupa düşüb. 3-cü belə klub Norveç “Rusenborq”udu. 2012/13 və 2015/16 mövsümlərində uğur qazanan şimallılar ardıcıl sevinməkdə “Qəbələ” və “Makkabi”dən geri qalır.
Ümumilikdə isə cari mövsümdə 3 komanda – “Makkabi”, “Srvena Zvezda” və “Skenderbeu” 4 mərhələ adlayıb. Adı çəkilən klublardan başqa, “Fulhem” (2011/12), “Tvente” (2012/13) və “Tromse” (2013/14) qrupa qədər 4 tur adlayıb. Apasport