Dünya futbolu
Futbolçularımızın klubu "Beşiktaş"la bacarmadı
Futbol üzrə Türkiyə Super Liqasında 3-cü turun oyunl…
Futbol üzrə Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Beşiktaş"la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Dəniz də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı 66-cı dəqiqədə əvəzlənib. Ozanın adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.
"Bursaspor" geridə qalan turlarda topladığı 3 xalla 18 iştirakçı arasında 11-cidi.