Ölkə futbolu
“Emin Mahmudova Rusiya və Avropadan dəvət var”
Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudo…
Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun agenti Aleksandr Manyakov futbolçumuzun Portuqaliyanın “Boavişta” klubundan ayrılmasına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bu ayrılığı belə şərh edib: “Boavişta” ilə müqavilənin posulması təşəbbüsü Eminin özündən gəldi. Çünki klubda ona oynamaq üçün az vaxt verilirdi. Bu da futbolçunu qane etmədi. Axı, o, “Spartak” və “Saturn” kimi komandalarda çıxış edib. Emin ambisiyalı oyunçudu. Ailəsi xoşbəxt idi, komandada hamıyla yaxşı münasibəti vardı. Onu “Boavişta”dan heç kim qovmurdu. Sadəcə, o, çox oynamaq istəyirdi və bunu da dəfələrlə demişdi”.
Manyakovun sözlərinə görə, müqaviləni ləğv etməzdən əvvəl gələn təklifləri də nəzərə alıblar: “Ona Rusiya ilə yanaşı Avropadan da dəvət var. Rusiyaya gəlincə, Emin Milli Futbol Liqasına (birinci divizion – red.) o halda gedər ki, çıxış edəcəyi klubun Premyer Liqada oynamaq üçün hədəfi olsun. Premyer Liqaya gəlincə, Eminin Rusiyada adı var, komandalar onu yaxşı tanıyır. Ümid edirəm ki, transfer pəncərəsi bağlanana qədər bir qərar verəcəyik. Amma əsasnaməyə görə, onun daha 2 həftə vaxtı olacaq (sərbəst agent olduğu üçün – red.)”.
Eminə keçmiş komandası Moskva “Spartak”ından mümkün təklifə gəlincə, Manyakov deyib: “Biz hadisələrə real yanaşmalıyıq. “Spartak”ın başqa hədəfləri var, meydanın mərkəzində onların səviyyəli futbolçuları çıxış edir. Bildiyimə görə, “Spartak”da bu mövqe transfer üçün ümumiyyətlə, bağlıdı”.
Xatırladaq ki, 25 yaşlı Mahmudov “Boavişta”ya ötən yay “Krılya Sovetov”dan ayrıldıqdan sonra keçmişdi. O, Portuqaliya klubunda cəmi 12 oyunda meydana çıxıb və 1 qol vurub.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”