Dünya futbolu
"Kamran Ağayev yersiz səhvlər etdi"
Çexiyanın "Mlada Boleslav" klubunun baş məşq&cced…
Çexiyanın "Mlada Boleslav" klubunun baş məşqçisi Duşan Uhrin ölkə çempionatının 5-ci turunda Praqa “Slaviya”sına səfərdə 0:4 hesabıyla məğlub olmalarına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin Çexiya çempionatında debüt etdiyi və kobud səhvlərlə yadda qaldığı qarşılaşmadan sonra o, bunları söyləyib:
"Oyuna çox passiv başladıq. "Slaviya" layiqli qələbə qazandı. Onlar bizdən üstün idi. Bütövlükdə, pis oynamadıq. İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, qapıçımız yersiz səhvlər etdi. Qapımızda üçüncü qolu görəndən sonra oyunun axarını dəyişmək çox çətin idi".
Qeyd edək ki, matçda 3-cü qol avtoqol olaraq Kamranı adına yazılıb. O, ikinci və dördüncü qol epizodlarında da səhvə yol verib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”