Ölkə futbolu
Rəşad Sadıqov üçün qələbəli yubiley
Azərbaycan Premyer Liqasının III turu Rəşad Sadıqov ü&ccedi…
Azərbaycan Premyer Liqasının III turu Rəşad Sadıqov üçün əlamətdar olub. Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı klubunun heyətində 250-ci matçını keçirib.
Bu yubiley “Qəbələ” ilə ev matçına təsadüf edib. 35 yaşlı müdafiəçi komandasının 2:1 hesablı qələbə qazandığı oyunda Ağdam təmsilçisinin tarixinə 250 və daha çox matç keçirən oyunçulardan biri kimi düşüb.
Maraqlıdı ki, I turda Qara Qarayev 250-ni fəth etmişdi. Onun yubileyi “Neftçi” ilə matçda qeydə alınmışdı.
“14 nömrə” “Qarabağ”da keçirdiyi 250 matçda rəqib qapılarına elə 14 qol vurub. O, Azərbaycan çempionatında 167 görüşdə 8 dəfə fərqlənibsə, ölkə kubokunda 21 matçda 1 qola sevinib. Avrokuboklardakı 62 görüşdə 5 qolu olan müdafiəçi Çempionlar Liqasında 13, Avropa Liqasında 49 dəfə meydana çıxıb.
Qeyd edək ki, Rəşadın 9-cu mövsümdü çıxış etdiyi “Qarabağ”da debütü 2009/10 mövsümünə təsadüf edib. O, 2009-cu il iyulun 16-da “Rusenborq”la səfər matçında ilk dəfə klubunun formasını geyinib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”