Ölkə futbolu
Ruslan Abışov üçün əlamətdar tur
Topaz Premyer Liqasının 3-cü turu “Neftçi”ni…
Topaz Premyer Liqasının 3-cü turu “Neftçi”nin futbolçusu Ruslan Abışov üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatında 200-cü matçını keçirib. Bu yubiley “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. 0:0 hesabı ilə nəticələnən görüşədək Abışov 199 görüşdə iştirak etmişdi.
Ölkə çempionatında 2006/07 mövsümündə “Neftçi”nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.
Daha çox – 126 dəfə “Neftçi”nin şərəfini qoruyan Abışov “Qəbələ”də 44, “Xəzər Lənkəran”da 17, “İnter”də 13 dəfə meydana çıxıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?