Milli komanda
Norveçdə yığmamızla oyuna maraq azdı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Azərbaycan oyununa maraq aşağı səviyyədədi.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata Norveç Futbol Federasiyasının bilet satışı üzrə meneceri Merete Prestkvern bildirib.
Onun sözlərinə görə, hazırda 6 min bilet satılıb və Norveçdə oyuna maraq çox aşağı səviyyədir: “Rəqəmlər göstərir ki, ictimai maraq azalıb. Bu da Norveç yığmasının dünya çempionatına vəsiqə şansını böyük ölçüdə itirməsindən irəli gəlir”.
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu arenanın 28 min tamaşaçı tutumu var.