Dünya futbolu
Eddi İsrafilovun debütü uğursuz alındı
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 3-cü t…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə müqavilə bağladığı "Ximnastik" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Sportinq" (Xixon) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Eddi də bu görüşün iştirakçısı olub. O, yeni komandasında debüt etdiyi və start heyətdə meydana çıxdığı qarşılaşmanın 67-ci dəqiqəsində əvəzlənib.
"Ximnastik" 3 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”