Ölkə futbolu
Öncə Qurbanov, sonra Di Françesko
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu &cce…
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" – "Roma” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, sentyabrın 26-da "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq.
Komandamızın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klub bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Roma”nın baş məşqçisi Eysebio Di Françesko isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…