Dünya futbolu
Totti Bakıya gələsi olmadı
UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qaraba…
UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Roma” bu gün Bakıya gəlir.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”ın əfsanəvi kapitanı Françesko Totti səfərə gələcək heyətdən çıxarılıb.
Buna səbəb cari mövsümün əvvəlindən karyerasını başa vuraraq paytaxt təmsilçisində rəhbər vəzifəsinə təyin edilən Tottinin sabah doğum gününün olmasıdı. Sabah 41 yaşı tamam olacaq əfsanəvi futbolçu bunu ailəsi və dostları ilə birgə qeyd etmək istədiyini bildirib. Bu üzdən Tottinin Bakıya gəlişi baş tutmayacaq.
Əvəzində sabiq yarımmüdafiəçi sentyabrın 29-da Gürcüstana yollanacaq. “Milan”ın sabiq müdafiəçisi Kaxa Kaladzenin dəvətlisi olan Totti Tiflisdə İtaliya veteranları ilə seçmə veteranlar arasındakı görüşdə meydana çıxacaq.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlayacaq. Apasport
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq