Bizi izləyin

Müsahibə

Davud Kərimi: “Onların dəstəyinə indi daha çox ehtiyacımız var”

“Kəpəz”in qolkiperi Davud Kərimi klub saytına müs…

blank

“Kəpəz”in qolkiperi Davud Kərimi klub saytına müsahibə verib. 

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
 
– Davud, söhbətə “Səbail” ilə oyun haqda fikirlərini öyrənməklə başlamaq istərdik…
– Çempionatda istər əvvəlki bütün oyunlara, istərsə də “Səbail”ə qarşı matça qələbə üçün çıxmışdıq, fikrimiz uğurlu nəticə əldə etmək idi. Bunun üçün kifayət qədər motivasiyalı idik. Rəqibi də ciddiyə almışdıq. Xalımız azdı, ona görə hər oyunda qələbəyə ehtiyacımız var. Amma son oyunda yaxşı oynamadıq və bunun da nəticəsində uduzduq. Bakı klubu da eyni məqsədlə meydana çıxmışdı və istəyinə nail oldu.

– Ümumiyyətlə, komandada nə baş verir?
– İnanın ki, pis çıxış etmək üçün heç bir səbəb yoxdu. Oyunlara köklənməyimiz, hazırlığımız normaldı. Qalır mübarizə aparıb xal qazanmaq. Buna da hələlik, nail ola bilmirik.

– “Kəpəz” bundan əvvəlki turda “Qarabağ”a uduzsa da, layiqli şəkildə çıxış edib rəqibə ciddi müqavimət göstərmişdi. Amma “Səbail” ilə oyunda bunu görmədik. Niyə?
– Tam doğru buyurursuz. Biz Yevlaxda “Zirə”yə böyük hesabla uduzduq lakin belə oynamadıq. Topa sahibolmada üstünlük bizdə idi. Amma son matçda çox bərbad çıxış etdik. Baş məşqçimiz haqlı olaraq çempionatda ən zəif oyunumuzu keçirdiyimizi bildirdi. Hücum qura bilmirdik. Zəif çıxışımızın da nəticəsində uduzduq.

– Matçın gedişində tez-tez komanda yoldaşlarına irad tuturdun. Lakin kənardan məşqçi tapşırıqları, meydanda da sənin sözlərin onlara kömək etmədi.  
– Pis vəziyyətdəyik, məğlub olsaq belə, hər oyun öncəsi yeni motivasiyaya ehtiyacımız olur. Bizi komandaya Şahin Diniyev gətirib. O, inanaraq futbolçuları heyətə cəlb edib, onun ümidlərini doğrultmalıyıq. Başqa cür ola bilməz. Diniyev bizim üçün çox əziyyət çəkib. Bu gün “Kəpəz”i ağır duruma biz futbolçular salmışıq, günahkarıq. Klub rəhbərliyi, Şahin müəllim və azarkeşlər bu cür nəticələrə layiq deyil. Onlar üçün daha yaxşısını etməliyik. Ona görə “Səbail” ilə görüşdə meydanda danışmaq missiyasını öz üzərimə götürüb uşaqları toparlamağa çalışırdım. Kimsə oynayır, digəri məğlubiyyətin şokundan başını itirir, başqa birisi oynamaq istəyir amma özünü ələ ala bilmir. Belə halda sözlərlə komanda yoldaşlarına ürək-dirək verməyə çalışırsan. Bir kollektiv olaraq hamımız eyni yerə vurmalı, can yandırmalıyıq. Başa düşürəm oyunumuz alınmaya bilər, amma asan təslim olmaq olmaz, mübarizə aparmaq lazımdı. Oyunda çox əsəbi idim. Komandanı bu vəziyyətdən tezliklə çıxarmalıyıq.

– Sizi qarşıda daha bir çətin oyun gözləyir. “Qəbələ” çempionatın iddialı klublarından biridir. Bu oyundan nə gözləyək?
– “Qəbələ” çempionatın ən güclü komandaları sırasındadı, odu ki, bizi gərgin görüş gözləyir. Rəqibin yaxşı heyəti var. Amma səfərə məğlubiyyət üçün yollanmayacağıq. Əlimizi yanımıza sallayıb təslim olmayacağıq. Rəqibin kimliyindən asılı olmayaraq layiqli mübarizə aparmaq və nəticə qazanmaq lazımdı.

– “Kəpəz” adına yaraşmayan yerdədi…
– Düzdü, bizdən qələbə gözləyənlərdən üzrxahlıq edirik. “Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədovun doğum günü tədbirində fanatlarımızla görüşdük. Onların yanında çox utandıq. “Səbail”ə qarşı matçın sonunda heç azarkeşlərə tərəf gedə bilmədim. Çünki fanatlarımıza yaxşı nəticə söz vermişdik, amma sözümüzü tuta bilmədik. Komanda olaraq azarkeşlərin dəstəyinə indi daha çox ehtiyacımız var. Bizdən küsməsinlər, “Kəpəz” Gəncədə oynamağa başlayanda onları tez-tez sevindirəcəyimizə inanırıq.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm