Dünya futbolu
"Yuventus" büdrədi, "İnter" və "Napoli" sevindi – VİDEOLAR
Futbol üzrə İtaliya çempionatında 7-ci tura yekun vurul…
Futbol üzrə İtaliya çempionatında 7-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Udineze” “Sampdoriya”nı qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəliblər. İlk oyun gününün digər görüşündə "Cenoa" doğma meydanda "Bolonya"ya məğlub olub.
Turun mərkəzi oyunu son gündə baş tutub. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” səfərdə “Milan”la qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Son çempion "Yuventus" səfərdə "Atalanta" ilə qarşılaşıb və ilk xal itkisi ilə üzləşib. İtkisiz irəliləyən "Napoli" isə ardıcıl 7-ci qələbəsini qazanıb. "İnter" də turu qələbə ilə başa vurub. Turun ən bol qollu matçı da "Latsio" – "Sassuolo" olub. Meydan sahibləri 3 xalı 6 qolla qazanıblar.
İtaliya A Seriyası
7-ci tur
30 sentyabr
“Udineze” – “Sampdoriya” 4:0
Qol: De Paul, 27-pen. Lopes, 66-pen; 85. Fofana, 90-pen.
“Cenoa” – “Bolonya” 0:1
Qol: Palasio, 73.
1 oktyabr
“Napoli” – “Kalyari” 3:0
Qol: Hamşik, 4. Mertens, 40-pen. Kulibali, 47.
“Benevento” – “İnter” 1:2
Qol: D`Alessandro, 42 – Brozoviç, 19; 22.
“Kyevo” – “Fiorentina” 2:1
Qol: Kastro, 25; 46 – Simeone, 6.
“Latsio” – “Sassuolo” 6:1
Qol: Alberto, 45; 58. De Vrij, 57. Parolo, 64; 69. İmmobile, 81-pen.
SPAL – “Krotone” 1:1
Qol: Paloşi, 39 – Nvankvo, 59.
“Torino” – “Verona” 2:2
Qol: Falke, 31. Nyanq, 44 – Kin. 89. Patsini, 90-pen.
“Milan” – “Roma” 0:2
Qol: Dzeko, 72. Florensi, 77.
“Atalanta” – “Yuventus” 2:2
Qol: Kaldara, 31. Kristante, 67 – Bernardeski, 21. İquayn, 24.
–
–
–
–
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?