Milli komanda
“Azərbaycanla oyunda qapını qorumağa hazıram”
“Seçmə mərhələyə başlayanda məqsədimiz dünya…
“Seçmə mərhələyə başlayanda məqsədimiz dünya çempionatına vəsiqə əldə etmək idi. Əfsuslar olsun ki, bu tapşırığın öhdəsindən gələ bilmədik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının qapıçısı Tomaş Kubek deyib. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu oyunlarını Azərbaycan və San Marinoya qarşı keçirəcək çexiyalıların heyətində Kubek də yer alır. “Renn”in formasını geyinən 25 yaşlı qapıçı ölkəsinin mətbuatına açıqlama verib. O, Çexiya yığmasının mundialın final mərhələsinə vəsiqə əldə edə bilməməsini qrupun ilk oyunlarındakı uğursuz nəticələrlə əlaqələndirib:
“Seçmə mərhələdəki ilk ev görüşlərimizdə xal itkisi ilə üzləşdik. Şimali İrlandiya və Azərbaycanla matçlar bizim üçün çox vacib idi. Həmin qarşılaşmalarda qalib gələ bilsəydik, indi vəziyyətimiz fərqli idi. Qrupun ilk oyunlarından işimiz istədiyimiz kimi getmədi. Buna görə də, indi heç bir şansımız qalmayıb. İstənilən halda, Azərbaycanla Bakıdakı və San Marino ilə evdəki matça ciddi yanaşırıq. Hər iki oyun gənc komandamıza təcrübə qazandıracaq”.
Kubek millimizlə görüşdə “çərçivə”də yer almağa hazır olduğunu vurğulayıb: “Azərbaycanla matçda qapıda kimin dayanacağına baş məşqçi qərar verəcək. Mən hazırlıq prosesində əlimdən gələni etdim və yığmanın formasını geyinməyə hazıram. Amma son sözü Karel Yarolim deyəcək”.
Qeyd edək ki, Azərbaycan – Çexiya qarşılaşması oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək. (Apasport)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?