Bizi izləyin

Ölkə futbolu

“Neftçi”nin sabahı da satılıb – bəs, qazanc hanı?

“Neftçi” rəhbərliyi klubun gələcəyini də məh…

blank
“Neftçi” rəhbərliyi klubun gələcəyini də məhv etməkdə israrlıdı. Komandanı tarixinin ən pis nəticələri ilə barışdıran, klubun 80 illiyinin ən bacarıqsız idarəçiləri olan bu şəxslər bakılıların sabahına da balta çalır.
 
5 illik kredit götürməklə klubu borclu vəziyyətinə gətirən prezident Orxan Hüseynzadə və ətrafı bunu nəticələri yaxşılaşdırmaq üçün etmişdi. Amma iş bacarıqsız məşqçi heyətinə və idarəçilərə tapşırıldığından onlar heç nəyə nail ola bilmədilər. Beləcə daha bir neçə milyon manat havaya uçdu, komanda isə hələ də 8 iştirakçı arasında “sevimli” 7-ci pillədədi.
 
Lakin indi bəlli olur ki, məhv edilən təkcə əsas komanda deyil, klub akademiyası da çökdürülüb. Klubun yetirmələrini müxtəlif komandalara dağıdan “Neftçi” rəhbərliyi onların hamısına görə müəyyən məbləğ alıb, əksəriyyəti üçün ödənilən para isə büdcəyə daxil olmayıb, ciblərə gedib. Ən son belə hadisə “Qarabağ”a göndərilən futbolçularla bağlı yaşanıb.
 
Belə ki, Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” U-19 komandasını gücləndirmək üçün heyətə bir sıra klublardan futbolçular dəvət edib. Ağdamlılar onların hamısına görə müəyyən xərcə düşüb və heç kimi pul ödəmədən almayıb. Anlaşma çərçivəsində bütün gələnlərə görə müəyyən haqq ödənilib. Klubdan aldığımız məlumata görə, onlardan bəzilərinə pul nəqd, bəzilərinə isə klubunun hesabına köçürmə yolu ilə çatdırılıb.
 
“Neftçi” də yetirmələrinə görə irəli düşən klublardandı. “Qarabağ” Elçin Əsədovu icarəyə götürüb, Pilağa Mehdiyev, İbrahim Əliyev, Musa Qurbanlı və daha bir neçə oyunçunu birdəfəlik alıb. Onların hər birinə görə də müəyyən transfer haqqı və ya yetişdirilməsinə görə kompensasiya ödənilib. Lakin bu pullar “Neftçi”nin büdcəsinə çatmayıb, kimlərinsə cibinə gedib. Sənədlərdə bu oyunçuların ÇL-də oynayan “Qarabağ”a təmənnasız göndərildiyi yazılıb, halbuki həqiqətdə belə deyil.
 
Məsələylə bağlı münasibət öyrənmək üçün “Neftçi”yə də müraciət etdik. Amma klubdan heç kim bu məsələyə görə başını ağrıtmaq istəmədi – rəhbərlər əlçatmaz oldu, aşağı vəzifəli şəxslər isə adlarının çəkilməməsini xahiş etdilər. Onlar əvvəlcə həmin futbolçulara görə pul aldıqlarını və bunun köçürmə yolu ilə həyata keçirildiyini bildirdilər. Daha sonra isə bu məsələlərə şərh vermək səlahiyyətləri olmadıqlarını bildirərək dediklərini təkzib etdilər.
 
Ümid edirik, bu yazıdan sonra bakılılar futbolçulara görə ödənilən pullarla bağlı rəsmi açıqlama verəcək. O zaman bəlli olacaq ki, bu oyunçular həqiqətən “Qarabağ”a bağışlanıb, yoxsa onlara görə rəsmən hansısa məbləğ ödənilib? Çünki ağdamlılar bütün futbolçulara görə müəyyən haqq ödənildiyini təsdiqləyir.
 
Bağışlanma və ya klub büdcəsinə gəlməyən pullara satılma – hər 2 halda zərbə “Neftçi”yə dəyir. Deməli, klubun gələcəyi də məhv edilir. Paytaxt təmsilçisi özü pul xərcləyərək futbolçu alır, onları kiməsə satanda isə həmin məbləğlər büdcəyə qayıtmır. Yaxşı biznesdi…
 
Belə “oyunlar” “Neftçi”də təzə deyil. Xatırlayırsızsa, mövsümün əvvəlində “Zirə”dən Elvin Məmmədov heyətə qatılmışdı. Lakin 3-4 gün sonra yarımmüdafiəçi “Qəbələ”də peyda oldu. O zaman rəsmi müqavilə bağlamış futbolçunun birdən-birə digər komandaya göndərilməsi qəribə alındı. Sonradan bəlli oldu ki, Elvin yeni imzaladığı müqavilənin pozulmasına görə “Neftçi”yə müəyyən haqq ödəyib. Lakin həmin pullar da büdcəyə yox, ciblərə gedib.
 
AĞA
 
P.S.: Klubun mövqeyini də işıqlandırmağa hazırıq. Qoy, sənəd-sübutla yazdıqlarımızın doğru olmadığını isbatlasınlar. Bunu edə bilməyəcəklərsə, təsisçilərin sorğularını cavablamalı olacaqlar.
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm