Ölkə futbolu
Feysbuk Premyer Liqanın yayım hüququnu alır
Feysbuk İngiltərə Premyer Liqasının teleyayım hüququnu alma…
Feysbuk İngiltərə Premyer Liqasının teleyayım hüququnu almaq niyyətindədi. Bunu sosial şəbəkənin idman şöbəsinin müdiri Den Rid deyib.
O bildirib ki, gələn il keçiriləcək tenderdə iştirak etmək fikrindədilər. 2015-ci ildəki tenderdə “Sky” və “BT Sport” qalib gəlmiş, rekord məbləğdə – 7,8 milyard dollar gəlir əldə edilmişdi. Feysbuk növbəti tenderdə rəqiblərini üstələyərsə, 2019-cu ildən etibarən növbəti Premyer Liqa matçlarının internet vasitəsilə yayım hüququna malik olacaq.
Qeyd edək ki, feysbuk bu ilin yanvarından bəri 3500-dən çox idman hadisələrini yayımlayıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub