Dünya futbolu
DÇ-2018-in 10 iştirakçısı bəllidi
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempiona…
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edən daha iki komandanın adı dəqiqləşdi.
Futbolinfo.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə 9-cu turun ilk oyun günündən sonra Almaniya və İngiltərə yığmaları da mindiala vəsiqəni təmin etdi. Azərbaycan yığması ilə bir qrupda yer alan almanlar sona bir tur qalmış keçirdiyi bütün oyunlarda qalib gəlməklə maksimum göstəriciyə imza atıb. Bundestim son turda da Azərbaycan millisini qəbul edəcək. İngiltərə yığması isə 9 oyundan 7-də qalib gəlib, 2-də heç-heçə edib.
Beləliklə, DÇ-2018-ə vəsiqə qazananların sayı 10-a çatıb. Daha əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Belçika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?