Milli komanda
Möcüzə yox, darmadağın gördük – YENİLƏNİB
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2…
Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Almaniya ilə qarşılaşıb. Meydan sahibləri aşkar favorit olduğundan Kayzerslauterndən xalla dönmək millimiz üçün möcüzə olardı.
Azərbaycan yığması 9 tur ərzində 10 xal yığmış və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enmişdi. Dünya çempionatının final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Bundestim isə seçmə mərhələdə xal itirməyən 2 komandadan biri idi.
İlk yarıda kiçik gözlənilməzlik reallaşdı. Hesabı erkən açan almanlar fasiləyə kimi hesabın bərabərləşməsinə mane ola bilmədilər. Bundestimə qol vurmağı adətə çevirən yığmamızdan bu dəfə Ramil Şeydayev fərqləndi. O, fərdi bacarığı hesabına rəqibin müdafiə xəttini darmadağın etdi.
Lakin fasilədən sonra "alman maşını" işə düşdü və növbəti darmadağınımız rəsmiləşdi.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
8 oktyabr
Almaniya – Azərbaycan 5:1
Qollar: Qoretzka, 9; 66. Vaqner, 54. Rudiger, 64. Əmrə Can, 81 – Şeydayev, 34.
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksejs Spasjonnikovs, Aleksandrs Golubevs (hamısı Latviya).
Kayzerslaytern. “Fritz Valter Stadion”
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?