Ölkə futbolu
“Qarabağ” – “Atletiko” matçına 25 min bilet satılıb
“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqas?…
“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Bakı Olimpiya Stadionundan verilən məlumata görə, artıq 25 min bilet öz sahibini tapıb.
Satış məntəqələri bunlardı:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)
Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.
Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir