Ölkə futbolu
Polşa da vəsiqəni təmin etdi
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatı…
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək daha bir komandanın adına rəsmən aydınlıq gəlib. Polşa da mundiala vəsiqəni təmin edib.
Seçmə mərhələnin Avropa zonası üzrə E qrupunda Danimarka, Monteneqro, Rumıniya, Ermənistan və Qazaxıstanla mübarizədə bütün rəqiblərini qabaqlayan polşalılar 10 tur ərzində 8 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət sayəsində 25 xal qazanıblar. Ən yaxın izləyicisi Danimarkanı 5 xal qabaqlayan Polşa yığması qrup qalibi kimi DÇ-yə birbaşa vəsiqə əldə edib.
Qeyd edək ki, Polşa DÇ-2018-ə vəsiqə qazanan 14-cü komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya və Kosta-Rika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?