Ölkə futbolu
AFFA-dan daha bir “milliləşdirmə”
Dünən Türkiyənin “Trabzonspor” klubu yoldaşl?…
Dünən Türkiyənin “Trabzonspor” klubu yoldaşlıq görüşündə Qətərin “Əl-Sədd” komandasını 2:1 hesabıyla məğlub etdi.
Futbolinfo.az xəbər verir ki, Qaradəniz təmsilçisinin görüşün 65-ci dəqiqəsində meydana çıxan 18 yaşlı futbolçusu Tayyip Ebrar Cumur Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Futbolçu öz çıxışı ilə oyunu izləyənlərin rəğbətini qazanıb.
Xatırladaq ki, Ebrar Cumur Azərbaycan pasportuna da malikdi. Belə ki, AFFA rəsmiləri bu ilin əvvəlində perspektivli futbolçunu milliləşdirmək üçün danışıqlara başlamış, hətta qarşı tərəfin razılığını da almışdı. Türkiyə mətbuatında isə solaxay yarımmüdafiəçinin artıq ölkəmizin vətəndaşlığını daşıdığı qeyd edilib.
“Trabzonspor”un baş məşqçisi Ərsun Yanal matçdan sonra Cumur barədə fikirlərini bildirib:
“Ebrar üçün hələ çox tezdi. Onun oynadığı mövqedə seçim imkanımız çoxdu. Həftənin 3 günü əsas komanda ilə məşq edir. Ona xüsusi məşqlər də keçməyə başlamışıq. Aşağı yaş qrupu üçün önəmlidi. Maraqlanacağıq”.
Maraqlıdı ki, Tayyip milliləşdirilsə də, hazırda Avropa çempionatının seçmə mərhələsində çıxış edən U-19 yığmasının heyətinə daxil edilməyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi