Milli komanda
Millimiz Avropa ikincisi oldu
DÇ-2018-in seçmə mərhələsinin statistik göstər…
DÇ-2018-in seçmə mərhələsinin statistik göstəriciləri açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi qitənin ən yaxşıları sırasında yer alıb. Robert Prosineçkinin yetirmələri öz intizamı ilə nümunəvi təsir bağışlayır. Belə ki, komandamız keçirdiyi 10 qarşılaşmada 81 fola yol verib.
Bu isə Avropada 2-ci göstəricidi. Yalnız seçmə mərhələni başa vuran Almaniya millisi daha intizamlıdı – 68 qayda pozuntusu.
Bu gün və sabah X turun matçlarında meydana çıxacaq komandalar yığmamızın mövqeyinə təsir edə bilməyəcək. Ona görə də millimiz artıq tsiklin 2-ci intizamlı komandası adını qazanıb.
Ən intizamlı yığmalar siyahısında 3-cü yerin sahibinə son qarşılaşmalar aydınlıq gətirəcək. (Apasport)