Ölkə futbolu
“Neftçi”də dostluq görüşü
Azarkeşlərlə əlaqələrə xüsusi əhəmiyyət verən “N…
Azarkeşlərlə əlaqələrə xüsusi əhəmiyyət verən “Neftçi” rəhbərliyi bu gün klub bazasında “Forza “Neftçi” fan-klubunun üzvləri ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, əvvəlcə, yaşıl meydanda qarşılaşan “neftçililər”, daha sonra çay süfrəsi arxasında bir araya gəlib.
Dostluq atmosferində keçən yoldaşlıq oyunu “Forza “Neftçi”nin qələbəsi ilə bitib. Oyundan sonra “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın baş məşqçisi Tərlan Əhmədov və digər klub nümayəndələri “Forza “Neftçi”nin rəhbərlərindən Sübhan Əliyev və fan-klubun başqa üzvləri ilə görüşərək onları maraqlandıran məsələləri müzakirə edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir