Dünya futbolu
Dünya çempionatının təqvimi bəlli oldu
Bu il BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək klublararas…
Bu il BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək klublararası dünya çempionatının təqvimi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, turnir dekabrın 6-da start götürəcək. İlk oyunda meydan sahibi BƏƏ-nin “Əl Cəzirə” klubuyla Yeni Zelandiya təmsilçisi “Oklend Siti” üz-üzə gələcək. Bu görüşün qalibi isə 1/4 finalda Asiya Çempionlar Liqasını qazanacaq klubla üz-üzə gələcək. Burdan qalib ayrılan komanda finala vəsiqə uğrunda yarışa yarımfinaldan qoşulacaq “Real”la qarşılaşacaq.
1/4 finalın digər cütünü Meksikanın “Paçuka” klubuyla Afrika Çempionlar Liqasını qalib kimi başa vuracaq komanda üz-üzə gələcək. Bu cütün qalibi yarımfinalda Libertadores kubokunu qazanacaq klubla qarşılaşacaq.
İlk mərhələ dekabrın 6-da, 1/4 final oyunları dekabrın 9-da, yarımfinal görüşləri 12 və 13 dekabrda, 3-cü yer uğrunda qarşılaşma ilə həlledici oyun isə dekabrın 16-da keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?