Ölkə futbolu
“Qəbələ” 3 xalı 12 qolla qazandı
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı …
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub.
Futbolinfo.az saytı xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıb.
“Qırmızı-qaralar” U-17 Liqasında “Neftçi” ilə heç-heçə edib – 1:1. 5 oyunda 11 xal toplayan komanda 3-cü sırada qərarlaşıb.
U-15 “Sumqayıt”la ev oyununda 3 xal qazanıb – 2:1. 3 matçda 7 xal toplayan kollektiv 3-cü yerdədi.
U-14 Liqasının paytaxt regionunda çıxış edən “Qəbələ” “Autizmlilərin”i 7:0 hesabı ilə üstələyib. İkinci böyükhesablı qələbəsini qazanan komanda 6 xalla 3-cü pillədə yer alıb.
“Zirə”ni 2 cavabsız qolla məğlub edən U-13 də paytaxt regionunun liderləri sırasındadı. 6 xala malik kollektiv top fərqinə görə 3-cüdü.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə "Qəbələ"nin U-12, U-11 və U-10 komandaları IV turun matçlarına çıxıb. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 4:0, UGİM isə Ağdaşın UGİM-ini 3:0 hesabı ilə yenib. 4 turdan sonra “Qəbələ”nin 12, UGİM-in 9 xalı var.
U-11 Liqasında da Qəbələ təmsilçiləri eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:0, UGİM 10:0 hesabı ilə qalib gəlib. Burada da “Qəbələ”nin 12, UGİM-in 9 xalı var.
"Qəbələ"nin üç komanda ilə təmsil olunduğu U-10 Liqasında “qırmızı-qaralar” Yevlax UGİM “Rabitəçi”sini 8:2, Gİİ isə İsmayıllı UGİM-ini 10:2 hesabı ilə üstələyib. Hərəyə 3 matç keçirən “Qəbələ” 9, Gİİ 6, UGİM 3 xal toplayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”