Milli komanda
Dmitri Nazarov: “10 xal topladığımız üçün çoxlu tərif aldıq”
“Biz böyük uğurlar əldə etmişik. Azərbaycan milli…
“Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynamaq sevindirici idi”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsində çıxışlarını dəyərləndirərkən deyib. “Bild” nəşrinə danışan 27 yaşlı hücumçu bildirib ki, Çexiya ilə Bakıdakı görüşdə qasıq nahiyəsindən zədələndiyi üçün Almaniyaya qarşı səfər görüşündə cəmi 20 dəqiqə meydanda olub.
“Ersgebirge”də çıxış edən futbolçumuz ikinci bundesliqanın 10-cu turunda qarşılaşacaqları “Qroyter”lə səfər görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını deyib:
“Məşqlərə bir günlük məşqə ara vermişəm. “Qroyter”lə oyuna qədər hazır olacağam. Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidi. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…