Ölkə futbolu
Azərbaycan çempionu vahid lider oldu
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UE…
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun əsas mərhələsində mübarizə apardığı 8-ci qrupda bu gün daha bir oyun baş tutub.
Futbolinfo.az xəbər verir ki, qrup oyunlarına ev sahibliyi edən Rumıniyanın “Deva” klubu Bosniya və Hersoqovina çempionu “Mostar” komandasının sınağa çəkib.
İlk turda “Mostar” “Araz”a 2:5 hesabıyla uduzduğu halda, “Deva” da “St Andreus”a qalib gəlmişdi – 5:2. Lakin Rumıniya çempionu bosniyalılarla görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib – 2:3.
Günün ilk matçında da “Araz” “St Andreus”a 6:4 hesabıyla qalib gəlmişdi. Bu üzdən də təmsilçimiz qrupda vahid liderə çevrilib.
Azərbaycan çempionu son oyununu oktyabrın 14-də “Deva”ya qarşı keçirəcək.
“Araz” – 6, “Deva” – 3, “Mostar” 3, “St Andreus” – 0.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?