Ölkə futbolu
Hüseynov direktor olmaq istəmədi: “Həmişə belə getməyəcək ki…"
"Bəli, mənə bugünlərdə belə bir təklif gəlib. Yaxın…
"Bəli, mənə bugünlərdə belə bir təklif gəlib. Yaxın yoldaşlardan biri soruşdu ki, bu işi görə bilərsənmi? "Yox" cavabı verdim" – bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
2015-ci ilin son rübündən bəri sevimli peşəsindən kənar düşən mütəxəssis "İnter Arena"ya direktor təyin olunmasıyla bağlı xəbərə münasibət bildirib. Onun dediyinə görə, təklif nə AFFA-dan, nə "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundovdan, nə də stadionu balansına keçirən "Aqrarkredit"dən gəlib.
Sitat: "Mən məşqçiyəm, əlimdən gələn iş budu. Stadiona direktorluq etmək mənlik deyil. Bacaracağım iş deyil. Ona görə də qəbul etmədim. Adam gərək öhdəsindən gələcəyi işin qulpundan yapışsın. Neçə ildi bu sahədəyəm, məşqçiliyi başqa vəzifəyə dəyişən deyiləm. Mənim AFFA və "Aqrarkredit"lə heç bir söhbətim olmayıb. "İnter"lə də əlaqəm yoxdu. Təklifi tamam başqa adam edib. O stadionda olmuşam, gəzmişəm, baxmışam. Məndən bir neçə məsləhət istəyiblər, vermişəm. Burda nə var ki? Mən stadion direktoru işləyənəm? Bu gün məşqçi kimi çalışmıram. Amma gün gələcək, biz də işləyəcəyik. Həmişə belə getməyəcək ki…" (sportinfo)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”