Ölkə futbolu
Alesio da Silva: “Bəsit səhvlərə yol verdik”
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində son oyununu ke…
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində son oyununu keçirən “Araz” Rumıniya çempionu “Deva” ilə qarşılaşıb və 3:6 hesabı ilə məğlub olub.
Futbolinfo.az xəbər verir ki, mübarizəni dayandıran təmsilçimizin baş məşqçisi Alesio da Silva oyunla bağlı açıqlama verib:
“Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdən üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq. Əvəzində özümüz yaratdığımız epizodları sağa-sola xərclədik. Halbuki, onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdi bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?