Ölkə futbolu
“Neftçi” Dreksanı qışda yola salacaq
“Neftçi” vidalaşacağı futbolçulardan biri…
“Neftçi” vidalaşacağı futbolçulardan birini müəyyənləşdirib. Pavel Dreksa qışda ölkəmizi tərk edəcək.
Futbolinfo.az xəbər verir ki, çex futbolçunun bu aqibətlə üzləşəcəyi bəlli idi. Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra heyət üzü görməyən mərkəz müdafiəçisi çoxdan gözdən düşmüşdü.
2 gün öncə Uqo Barqas və İqnasio Errera ilə müqavilənin yenilənməsi də bundan xəbər verir. Çünki qışda legionerlərdən yalnız bu 3 nəfərin müqaviləsi bitirdi. Digər 2 oyunçu ilə anlaşmanın yayadək uzadılması, Dreksanın yada düşməməsi də göstərir ki, onunla bağlı qərar verilib.
Maraqlıdı ki, Əhmədov bu gün Drekseya güvənməyə məcburdu. Kiril Petrovun cəzalı duruma düşməsi üzündən “Səbail”lə oyunda müdafiənin mərkəzində Ruslan Abışovla məhz o yanaşı oynamalıdı. Bəlkə də heyətə qayıdış Pavelin həm də özünüsübut şansı oldu. Futbolçu qalan 7 turda elə oyun göstərməlidi ki, məşqçilərin fikrini dəyişsin. Amma Dreksanın çətin ki, buna bacarığı çatsın.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”