Dünya futbolu
“Qarabağ”ın rəqibi ciddi itki ilə üzləşdi
İtaliyanın “Roma” klubu daha bir ciddi itki ilə üz…
İtaliyanın “Roma” klubu daha bir ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibinin müdafiəçisi Kostas Manolas sıradan çıxıb. O, ötən gecə A Seriyasının 8-ci turu çərçivəsində doğma meydanda qarşılaşdıqları “Napoli” ilə oyunda zədələnib.
Qarşılaşmadan sonra “canavarlar”ın baş məşqçisi Eysebio Di Françesko yunan futbolçunun bir müddət komandaya kömək edə bilməyəcəyini açıqlayıb. Onun dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağı hələlik, bəlli deyil. Amma Manolasın İngiltərə çempionu “Çelsi” ilə oktyabrın 18-dəki görüşdə forma geyinməyəcəyi dəqiqdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?