Dünya futbolu
“Borussiya”dan inamlı qələbə – VİDEOLAR
Futbol üzrə Almaniya çempionatında 8-ci tura yekun vurul…
Futbol üzrə Almaniya çempionatında 8-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə iki matç baş tutub. Öncə "Bayer" doğma meydanda "Volfsburq"la münasibətlərinə aydınlıq gətirib. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib. "Verder" isə doğma meydanda Münhenqladbax "Borussiya"sına uduzub.
Xatırladaq ki, turun ilk matçında “Ştutqart” “Köln”ü qəbul edib. Üç qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.
İkinci oyun günündə “Bavariya” bu turda köhnə-yeni baş məşqçisi Yupp Haynkesin rəhbərliyi altında ilk oyununa çıxıb. Münhen təmsilçisi “Frayburq”u qəbul edib və 5 cavabsız qolla qələbə qazanıb.
Lider “Borussiya” isə evdə ötən mövsümün vitse-çempionu “Leyptsiq”lə üz-üzə gəlib və gözlənilmədən uduzub.
Günün digər oyunlarında "Hannover" "Ayntraxt"a, "Herta" "Şalke"yə uduzub. "Hoffenhaym" – "Auqsburq" matçında qalib müəyyənləşməyib. "Mayns" isə "Hamburq"u məğlub yola salıb.
Almaniya Bundesliqası
8-ci tur
13 oktyabr
“Ştutqart” – “Köln” 2:1
Qol: Donis, 38. Akolo, 90 – Hayns, 77.
14 oktyabr
“Bavariya” – “Frayburq” 5:0
Qol: Şuster, 8-öz qapısına. Koman, 42. Alkantara, 63. Levandovski, 75. Kimmix, 90.
“Hannover” – “Ayntraxt” 1:2
Qol: Sane, 36 – Haller, 10. Rebiç, 89.
“Herta” – “Şalke” 0:2
Qol: Qoretska, 54-pen. Burqstaller, 78.
“Hoffenhaym” – “Auqsburq” 2:2
Qol: Hubner, 52. Ut, 85 – Qreqoritş, 75. Foqt, 90-öz qapısına.
“Mayns” – “Hamburq” 3:2
Qol: Maksim, 2. Bell, 52. Latsa, 58 – Ualas, 9. Salihoviç, 90-pen.
“Borussiya” (Dortmund) – “Leypsiq” 2:3
Qol: Obameyanq, 4; 64-pen – Sabitser, 10. Poulsen, 25. Auqustin, 49-pen.
15 oktyabr
“Bayer” – “Volfsburq” 2:2
Qol: Bender, 29. Alario, 61 – Oriqi, 44. Blaşikovski, 69.
“Verder” – “Borussiya” (Münhenqladbax) 0:2
Qol: Ştindl, 27. Vesterqaard, 34.
–
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?