Ölkə futbolu
Milan derbisində “İnter” sevindi – VİDEOLAR
Futbol üzrə İtaliya çempionatında 8-ci tur həyəcanı …
Futbol üzrə İtaliya çempionatında 8-ci tur həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə “İnter” və “Milan” Milan derbisində münasibətlərinə aydınlıq gətiriblər. Beş qolluq oyunda sevinən tərəf "İnter" olub.
Günün digər oyunlarında "Fiorentina" doğma meydanda "Udineze"yə, "Bolonya" SPAL-a, "Sampdoriya" "Atalanta"ya qalib gəlib. İki oyunda qalib müəyyənləşməyibsə, "Cenoa" səfərdə "Kalyari" üzərində qələbəyə sevinib.
Xatırladaq ki, turun ilk oyununda “Yuventus” evdə “Latsio” ilə qarşılaşıb. Turinlilər bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” da ilk oyun günündə meydana çıxıb. “Canavarlar” evdə lider “Napoli” ilə üz-üzə gəlib. Paytaxt klunu bu görüşdə minimal fərqlə uduzub.
İtaliya A Seriyası
8-ci tur
14 oktyabr
“Yuventus” – “Latsio” 1:2
Qol: D.Kosta, 23 – İmmobile, 47; 54-pen.
“Roma” – “Napoli” 0:1
Qol: İnsinye, 20.
15 oktyabr
“Fiorentina” – “Udineze” 2:1
Qol: Tereu, 28; 57 – Samir, 72.
“Bolonya” – STAL 2:1
Qol: Poli, 30. Salamon, 49 – Antenuççi, 88.
“Kalyari” – “Cenoa” 2:3
Qol: Pavoletti, 48. Petro, 79-pen – Qalabinov, 8. Taarabt, 35. Riqoni, 75.
“Krotone” – “Torino” 2:2
Qol: Rohden, 25. Martella, 64 – Falke, 53. De Silvestri, 90.
“Sampdoriya” – “Atalanta” 3:1
Qol: Sapata, 56. Kaprari, 59. Linetti, 68 – Kristante, 21.
“Sassuolo” – “Kyevo” 0:0
“İnter” – “Milan” 3:2
Qol: İkardi, 28; 63; 90-pen. – Suso, 56. Bonaventura, 81.
16 oktyabr
22:45 “Verona” – “Benevento”
–
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?