Dünya futbolu
Super Liqada 8-ci tur başa çatdı
Futbol üzrə Türkiyə çempionatında 8-ci tura yekun …
Futbol üzrə Türkiyə çempionatında 8-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son matçında da "Bursaspor" "Osmanlspor" üzərində inamlı qələbə qazanıb.
Xatırladaq ki, turun ilk oyununda “Beşiktaş” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Üç qolun vurulduğu matç "qara qartallar"ın gözlənilməz məğlubiyyəti ilə başa çatıb.
Lider “Qalatasaray” ikinci oyun günündə “Konyaspor”un qonağı olub və inamlı qələbəyə sevinib. Günün digər oyunlarında "Karabükspor" doğma meydanda "Kayserispor"a, "Başakşəhər" isə "Alanyaspor"a qalib gəlib. "Göztəpə" də səfərdə "Antalyaspor"u məğlub edib.
Üçüncü oyun günündə "Fənərbaxça" "Yeni Malatyaspor" üzərində inamlı qələbəyə sevinib. "Trabzonspor" isə "Akhisar"la ev oyununda 6 qola üzülüb. Beş qolun vurulduğu "Kasımpaşa" – "Sivasspor" matçında da qələbəni qonaqlar bayram ediblər.
Türkiyə Super Liqası
8-ci tur
13 oktyabr
“Gənclərbirliyi” – “Beşiktaş” 2:1
Qol: Muriqi, 16. Şçekiç, 73 – C.Tosun, 87-pen.
14 oktyabr
“Karabükspor” – “Kayserispor” 1:0
Qol: Torye, 77.
“Antalyaspor” – “Göztəpə” 1:3
Qol: Maykon, 27 – Yahoviç, 8; 19. Şişmanoğlu, 90.
“Başakşəhər” – “Alanyaspor” 2:1
Qol: Əmrə, 18. Adebayor, 56 – Akbaba, 10.
“Konyaspor” – “Qalatasaray” 0:2
Qol: Qomis, 54; 77-pen.
15 oktyabr
“Kasımpaşa” – “Sivasspor” 2:3
Qol: V.Sarı, 45. Rangel, 74 – A.Kone, 53. Bifuma, 65. Dyakov, 82.
“Trabzonspor” – “Akhisar” 1:6
Qol: A.Omur, 50 – Serjinyo, 8. A.Akbaş, 39-öz qapısına. Larsson, 45. P.Enrike, 53-pen; 64. K.Keleş, 90.
“Fənərbaxça” – “Yeni Malatyaspor” 3:1
Qol: O.Tufan, 4. Juliano, 6. H.A.Kaldırım, 28 – Altıntaş, 68.
16 oktyabr
“Bursaspor” – “Osmanlıspor” 3:1
Qol: Stanku, 30. Aqu, 38. Behiç, 75 – Dukara, 23.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?