Dünya futbolu
Son oyunda qalib müəyyənləşmədi – VİDEO
Futbol üzrə İngiltərə çempionatında 8-ci tura yekun v…
Futbol üzrə İngiltərə çempionatında 8-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında – "Lester Siti" – "Vest Bromviç" oyununda da qalib müəyyənləşməyib.
Xatırladaq ki, turun ilk oyununda “Liverpul” “Mançester Yunayted”i qəbul edib. Bu oyunda hesab açılmayıb.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi” də ilk oyun günündə meydana çıxıb. “Zadəganlar” cari mövsümdə xala həsrət olan “Kristal Pelas”ın qonağı olub. Lakin "zadəganlar" gözlənilmədən bu oyunda məğlub olublar.
"Arsenal" da "Uotford"la oyundan məğlub ayrılmaqla təəccübləndirib.
Əvəzində "Tottenhem"lə "Mançester Siti" doğma meydanda qələbəyə sevinib. Xüsusilə "şəhərlilər"in "Stok Siti" üzərində 7 qolluq qələbəsi diqqət çəkib.
İkinci oyun günündə "Sauthempton"la "Nyukasl"ın duelində qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Elə günün digər matçı – "Brayton" – "Everton" oyunu da heç-heçə başa çatıb.
İngiltərə Premyer Liqası
8-ci tur
14 oktyabr
“Liverpul” – “Mançester Yunayted” 0:0
“Bernli” – “Vest Hem” 1:1
Qol: Vud, 85 – Antonio, 19.
“Kristal Pelas” – “Çelsi” 2:1
Qol: Aspilikueta, 11-öz qapısına. Zaha, 45 – Bakayoko, 18.
“Mançester Siti” – “Stok Siti” 7:2
Qol: Q.Jesus, 17; 55. Sterlinq, 19. D.Silva, 27. Fernandinyo, 60. Sane, 62. B.Silva, 79 – Diuf, 44. Uolker, 47-öz qapısına.
“Suonsi Siti” – “Haddersfild” 2:0
Qol: Abraham, 42; 48.
“Tottenhem” – “Bornmut” 1:0
Qol: Eriksen, 47.
“Uotford” – “Arsenal” 2:1
Qol: Dini, 71-pen. Kleverli, 90 – Mertezaker, 39.
15 oktyabr
“Brayton” – “Everton” 1:1
Qol: Nokar, 82 – Runi, 90-pen.
“Sauthempton” – “Nyukasl” 2:2
Qol: Qabbyadini, 49; 75-pen – Hayden, 20; Peres, 51.
16 oktyabr
“Lester Siti” – “Vest Bromviç” 1:1
Qol: Mahrez, 80 – Şadli, 63.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?