Dünya futbolu
"Selta" səfərdə 5 qola sevindi – VİDEO
Futbol üzrə İspaniya çempionatında 8-ci tura yekun vuru…
Futbol üzrə İspaniya çempionatında 8-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında isə "Selta" səfərdə "Las Palmas"a 5 qolla qalib gəlib.
Xatırladaq ki, turun ilk görüşündə “Espanyol” “Levante”ni qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Çempion “Real” ikinci oyun günündə səfərdə “Xetafe” ilə qarşılaşıb. Madrid təmsilçisi səfərdə çətin qələbəyə sevinib.
Turun mərkəzi oyunu da ikinci oyun günündə keçirilib. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” lider “Barselona”nı qəbul edib. Bu matç “hindular”ın Ağdam təmsilçisi ilə gələn həftə Bakıda keçiriləcək oyundan öncə son qarşılaşması olub. Matç 1:1 hesabıyla nəticənib.
"Sevilya" səfərdə "Atletik"ə uduzub. "Alaves" də "Real Sosyedad"la ev oyunundan məğlubiyyətlə ayrılıb.
Üçüncü oyun günündə "Eybar" "Deportivo" ilə ev oyununda qolsuz heç-heçəyə razılaşıb. "Vilyarreal" səfərdə "Jirona"ya, "Leqanes" isə "Malaqa"ya qalib gəlib. "Valensiya" da 9 qolluq qarşılaşmada "Betis" üzərində qələbəyə sevinib.
İspaniya La Liqası
8-ci tur
13 oktyabr
“Espanyol” – “Levante” 0:0
14 oktyabr
“Atletik” – “Sevilya” 1:0
Qol: Vesqa, 43.
“Xetafe” – “Real” 1:2
Qol: Molina, 56 – Benzema, 39. Ronaldo, 85.
“Alaves” – “Real Sosyedad” 0:2
Qol: Oyarzabal, 77. Elistondo, 81.
“Atletiko” – “Barselona” 1:1
Qol: Saul, 21 – Suares, 82.
15 oktyabr
“Eybar” – “Deportivo” 0:0
“Jirona” – “Vilyarreal” 1:2
Qol: Stuani, 40 – Bakambu, 9; 20.
“Malaqa” – “Leqanes” 0:2
Qol: Qabriel, 56. Şimanovski, 78.
“Betis” – “Valensiya” 3:6
Qol: Kempbell, 79, Sanabriya, 80. Herrera, 84 – Kondoqbiya, 35. Quedes, 45. Rodriqo, 64. Mina, 74. Zaza, 88. Pereyra, 90.
16 oktyabr
“Las Palmas” – “Selta” 2:5
Qol: Vitolo, 90. Remi, 90+3 – Ə.Mor, 16, Aspas, 20; 49; 76. P.Ernandes, 71.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?